Operativ Məlumat Mərkəzi

Məzahir Pənahov: "İlkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur"

2 dəq
Paylaş:
Məzahir Pənahov: "İlkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur"

Nəticələrə əsasən deyə bilərik ki, artıq İlham Əliyev tərəfindən öz prezidenti kimi seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Mərkəzi Komissiyasının (MSK) sədri Məzahir media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə deyib.

"Seçki çox yüksək səviyyədə keçirilib. Azərbaycan xalqı öz konstitusyon hüquqlarını yerinə yetirərək 7 nəfər prezidentliyə namizəd arasından öz namizədini seçib. Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması doğurmur. Bundan sonrakı açılacaq bülletenlər nəticələrə təsir etməyəcək", - MSK sədri bildirib.

O, bildirib ki, səslər hesablanmayan çox az sayda məntəqələr qalıb:

"Sabahdan biz Dairə Seçki Komissiyalarından protokolları qəbul edəcəyik və bu protokollar üzrə qalib namizədin səslərini müəyyən edəcəyik. Fevralın 9-da artıq lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyik".

Qeyd edilib ki, bundan sonra daxil olan sənədlər araşdırılaraq MSK-nın müzakirəsinə çıxarılacaq və protokollar təsdiq üçün fevralın 17-ə qədər Konstitusiya Məhkəməsinə göndəriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax