Əsas məzmuna keç

Metronun “İçərişəhər” stansiyasından qatarların geri qayıtması üçün dönmə kamerası inşa olunacaq

Metronun “İçərişəhər” stansiyasından qatarların geri qayıtması üçün dönmə kamerası inşa olunacaq

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Yaşıl...

“Bakı metropoliteni” QSC-də qatarların hərəkətinin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Buna görə Qırmızı hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və işlərin aparılması üçün ilkin tədbirlər görülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Yaşıl xətdə də funksional fəaliyyət üçün “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsi üçün nəzərdə tutulmuş 10 stansiyadan 4-ü bu istiqamətdə tikiləcək.

Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun adı “Y-15” olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan “Y-15” stansiyasından başlanaraq, “Xətai” stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…