Əsas məzmuna keç

Meşədə itkin düşən şəxs tapılıb

Meşədə itkin düşən şəxs tapılıb

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.

FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…