Operativ Məlumat Mərkəzi

Meşə fonduna 36 min manatlıq ziyan vurulmasına görə cinayət işi açılıb

1 dəq
Paylaş:
Meşə fonduna 36 min manatlıq ziyan vurulmasına görə cinayət işi açılıb

hüquqpozmalarla bağlı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Xəbərə görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Xaçmaz, Bərdə və Bakı şəhərinin Suraxanı rayonu ərazisində fonduna daxil olmayan, ümumilikdə 42 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax