Operativ Məlumat Mərkəzi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - 14.01.2025

2 dəq
Paylaş:
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - 14.01.2025

Yanvarın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Komissiyanın yanvarın 8-də keçirilən iclasının protokolu edilib.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası 68 saylı , 72 saylı Cəlilabad kənd, 86 saylı Ağcabədi və 118 saylı Ağdam–Xocalı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa müraciətlər media mənsublarının və maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx çərçivəsində intensiv şəkildə davam etdirilən və nəzərdə tutulan maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib və cari məsələlərə baxılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax