Operativ Məlumat Mərkəzi

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib

2 dəq
Paylaş:
Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib

Səfərbərlik və Hərbi Xidmətə üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə məsələlər müzakirə olunub.

Müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin müasir tələblərə uyğun həyata keçirilməsi, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin prioritet məsələ kimi nəzarətdə saxlanıldığı bildirilib. Cari ilin oktyabr ayının 1-dən başlanmış növbəti çağırış prosesinin müvəffəqiyyətlə yekunlaşması məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı qərarlar qəbul edilib.

Qeyd edək ki, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin daxil olduğu Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılıb və rayon / şəhər çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax