Operativ Məlumat Mərkəzi

Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən qüvvəyə minəcək

2 dəq
Paylaş:
Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən qüvvəyə minəcək

arasında vizadan edilməsi haqqında avqustun 28-dən rəsmi olaraq qüvvəyə minəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.

"Bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir. Diqqətəlayiqdir ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur",- məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax