Operativ Məlumat Mərkəzi

Məmurla görüşə gələn qadınların geyimi müzakirə yaratdı - FOTO

2 dəq
Paylaş:
Məmurla görüşə gələn qadınların geyimi müzakirə yaratdı - FOTO

Türkiyənin şəhərində Rayon və Meşə İdarəsi müdirinin qadın fermerlərlə çəkdirdiyi fotolar müzakirələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fotolar Ərzurum valiliyinin hesabında paylaşılıb.

Bildirilib ki, qurumun müdiri Alparslan Kenger qadın fermerlərlə bir araya gələrək “ Qadın Günü”nü qeyd edib.

Mərasimə qatılan qadın fermerlər Ərzurumun yerli geyimi olan “ehram” geyiniblər. Onların bu geyimdəki fotoları qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər xanımların bu geyimini təqdirəlayiq hesab etsə də, digərləri normal qarşılamayıb.

Qeyd edək ki, “ehram” böyük əmək sərf olunaraq və bir çox mərhələlərdən keçərək hazırlanmış qadın üst paltarıdır. “Ehram”ın ilk dəfə nə vaxt hazırlanması və istifadə olunmağa başlamasına dair yazılı mənbələrdə dəqiq məlumat tapılmır. Lakin indiki görüntüdə olan “ehram”ın 1850-ci illərdən bəri istifadə olunduğu bildirilir.

2.jpg

3.jpg

4.jpg

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax