Operativ Məlumat Mərkəzi

Mehriban Əliyeva: İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının genişlənməsi ciddi narahatlıq doğurur

2 dəq
Paylaş:
Mehriban Əliyeva: İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının genişlənməsi ciddi narahatlıq doğurur

İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi doğurur. Ürək ağrısı ilə dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində yer alıb.

“Bu silahlı qarşıdurmadan ən çox çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı humanitar hüquqa riayət edilməsi zəruridir”, - deyən Birinci xanım həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax