Ermənistan öz dövlətini düşünürsə…-ŞƏRH

Ermənistan öz dövlətini düşünürsə…-ŞƏRH
15.11.2023 18:58
Aa
dəq

Ümumiyyətlə biz Qərbin ikiüzlü ve selektiv siyasətini ta qədimdən olduğunu bilirik. Bu kontekstdən baxsaq, Azərbaycanın post-müharibə dövründə regionda yaratdığı yeni siyasi, iqtisadi və geosiyasi mənzərə bir çoxlarını təşvişə salıb. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

"Bunların başında Qərb İnstitutları, beynəlxalq təşkilatlar, dövlət kimi Fransa, ABŞ, Kanada və digər dövlətlərin də olduğu açıq-aydın görünür. 

Burada əvvəla xristian təşəbbüskeşliyi hiss olunur. 21-ci əsrdə siyasətin bu qədər əzilmiş hala gətirilməsi, insanları, dövlətləri, irqi və dini keyfiyyətlərə görə fərqləndirmək bugünkü gördüyümüz reallıqlardır. 

Ermənistanın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanımasını qeyd etməsi, artıq sülh danışıqlarının başlamaq istəməsi və eyni zamanda Fransa, Hindistan və ABŞ-dən silahların alınması, onlardan dəstək istəməsi onu xarici siyasətindəki qeyri-stabilliyini özündə əks etdirir. 

Artıq Paşinyan Fransada Makronla görüşdən sonra görüş nəticəsi olaraq, Fransanın Ermənistana silah göndərməsi və ABŞ ilə də gizli danışıqlar aparması haqda məlumatımız var. ABŞ Ermənistanın Rusiyadan qopacağı, ayrılacağı təqdirdə onu hərtərəfli yardımın göstərilməsi öhdəliyini götürməsi bir daha dediklərimizə bariz nümunədir. 

Qərb hər vəchlə bölgədə Azərbaycanın qələbəsinə həzm etmir, yeni eskalasiyanın tərəfdarıdır, bölgədə yeni münaqişə ocaqlarının alovlanmasına maraqlıdır. Bütün bunlar təbii ki, bölgə üçün arzuolunmazdır. Əgər bunlar baş verəcəksə, təbii ki burda yeni bir Ukrayna modeli yaratmaq istəyirlər. Təbii ki, burada da Ermənistan bir alət rolundadır. Rusiya hələ ki, çox ciddi siyasi və hərbi reaksiyalar verməsə də, əgər məsələ ciddiləşərsə Rusiya öz konkret mövqeyini bildirəcək. Bu isə təbii ki, Ermənistan üçün  arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Bunu  Ermənistanın hərbi-siyasi rəhbərliyi dərindən düşünməli və xarici siyasətindəki qeyri-stabilliyi kənara qoyaraq, konkret düzgün mövqe nümayiş etdirməlidir. Bu isə Azərbaycanın da təklif etdiyi kimi bölgədə sülh yaranması, daimi tərəqqinin olması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və ümumiyyətlə kommunikasiya açılaraq Ermənistanın da yeni yaranmış fürsətlərdən istifadə etməsinə dəstəkdir. 

Bu mənada Azərbaycanla Türkiyənin mövqeyi konkretdir. Azərbaycan da bölgədə yeni güclərin yaranmasına, min kilometrlərlə məsafədə olan ölkələrin Cənubi Qafqaza soxulmasına qəti qarşıdır. Burada bütün məsələləri qonşu dövlətlər özləri həll etməlidir. Bunun üçün də çox vacib platformalar mövcuddur. Əsas Ermənistanın mövqeyi burada konkret olmalı, öz xalqının, dövlətini düşünürsə, rasional siyasət həyata keçirməlidir".

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu