Əsas məzmuna keç

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb. Vəsatət təmin...

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “ TV” işi üzrə həbs edilən Məmmədli barədə qərar qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb.

Vəsatət təmin olunmayıb.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…