Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib
24.05.2024 12:22
Aa
dəq

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb.

Vəsatət təmin olunmayıb.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.

Həftənin ən çox oxunanları

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO
DAVAMIN OXU davamın oxu

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
DAVAMIN OXU davamın oxu

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
DAVAMIN OXU davamın oxu

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO
DAVAMIN OXU davamın oxu