Operativ Məlumat Mərkəzi

Medianın İnkişafı Agentliyinin rəhbərliyinə yeni təyinat olub

2 dəq
Paylaş:
Medianın İnkişafı Agentliyinin rəhbərliyinə yeni təyinat olub

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax