Operativ Məlumat Mərkəzi

Mədəniyyət naziri Akif İslamzadə ilə görüşüb

2 dəq
Paylaş:
Mədəniyyət naziri Akif İslamzadə ilə görüşüb

Avqustun 8-də Nazirliyində estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında üslubunu, dəst-xəttini yaradan xalqın böyük sevgisini qazanıb. Bu gün gənc nəsil müğənnilər onun da ifaçılıq ənənələrindən bəhrələnirlər. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrimizə sadiqliyi ilə hər zaman nümunə olub. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.

Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Görüşdə musiqi sənətimizin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax