Operativ Məlumat Mərkəzi

Maştağada obyektdə yanğın olub - VİDEO

1 dəq
Paylaş:
Maştağada obyektdə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütün məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş obyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax