Operativ Məlumat Mərkəzi

Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb. Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı...

Masallıda arvadını öldürməkdə şəxs barəsində məhkəməyə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi ibtidai aparılıb.

İstintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nayihələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax