Operativ Məlumat Mərkəzi

Mark Randolf: Heç kim heç nə bilmir – uğurun yeganə yolu sınamaqdır

2 dəq
Paylaş:
Mark Randolf: Heç kim heç nə bilmir – uğurun yeganə yolu sınamaqdır

Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən “”in həmtəsisçisi və ilk rəhbəri Mark sahibkarlıqda uğurlu ideyaların necə formalaşdığını izah edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, böyük qurmaq üçün “dahi ideyaya” sahib olmaq şərt deyil: “Məsələn, oğlum səkkiz yaşında mağazadan 10 sentə aldığı şokolad çubuğunu məktəbdə 1 dollara sata biləcəyini anladı. Yəni sadə ola bilər. Post-it kağızı da sadəcə bir vərəqdir, amma ildə milyardlarla dövr edir”.

Randolf vurğulayıb ki, “yaxşı ideya” anlayışının özü mübahisəlidir: “Mən həyat yoldaşıma ‘Netflix’ ideyamdan danışanda, onun dediyi ilk sözlər ‘bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir’ oldu. Amma nəticəni gördünüz. həqiqət budur – heç kim heç nə bilmir. Hansı ideyanın uğur qazanacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”.

O, Hollivud yazıçısı, iki dəfə “Oskar” laureatı olmuş Uilyam Qoldmanın məşhur fikrinə istinad edib: “Heç kim heç nə bilmir”.

Randolf deyib ki, bu yalnız kino sənayesinə deyil, bütün innovasiya dünyasına aiddir.

“Uğurun sirri çox sadədir – ideyanı sınamaq. Çünki bir plan üzərində aylarla düşünməkdənsə, onu real müştəri ilə test etməklə daha çox şey öyrənirsiniz. Heç bir biznes planı reallıqla toqquşmadan sağ qalmır”, – deyə Randolf əlavə edib.

Onun sözlərinə görə, sahibkarın işi mübahisə aparmaq yox, fikirləri tez, ucuz və asan şəkildə sınamaqdır.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax