Büdcə proqnozlarının icrası uğurla davam edir. Mən xüsusi olaraq vurğulayım ki, gəlirlərimiz cari ilin 4 ayı ərzində 13,6 milyard manat təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır.
Bu sözləri maliyyə naziri Sahil Babayev "Operativ Məlumat Mərkəzi-OMM"-ə və AzTV-yə məxsusi müsahibəsində söyləyib.
“Həm Dövlət Vergi Xidməti, həm Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoza qarşı üstələmələr var. Bu da çox müsbət bir tendensiyadır”, - deyə nazir əlavə edib.