Maliyyə naziri Sahil Babayev "Operativ Məlumat Mərkəzi-OMM"-ə və AzTV-yə verdiyi müsahibədə büdcə proqnozlarının icra vəziyyəti ilə bağlı məlumat verib. Nazir bildirib ki, ilin ilk dörd ayı ərzində büdcə gəlirləri 13,6 milyard manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. Sahil Babayev qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi üzrə daxilolmalarda artım müşahidə olunur və proqnoz göstəriciləri üstələnib. Nazir bu tendensiyanı müsbət qiymətləndirib.