Operativ Məlumat Mərkəzi

Makron Ukrayna üçün 30 ölkəyə çağırış edib

1 dəq
Paylaş:
Makron Ukrayna üçün 30 ölkəyə çağırış edib

Fransa prezidenti Makron martın 11-də Parisdə 30-a yaxın ölkənin Baş rəislərini Ukrayna üçün “etibarlı təminatları” yaradan planın hazırlanmasına başlamağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa mətbuatı Yelisey sarayının kommünikesinə istinadən məlumat yayıb.

“Sülh danışıqlarının sürətlənməsini nəzərə alaraq, Ukraynada möhkəm və davamlı sülhün mümkün olması üçün etibarlı təhlükəsizlik təminatlarını müəyyən etmək üçün bu gün biz konsepsiyadan plana keçməliyik”, - Fransa prezidentinin ofisindən bildirilib.

Həmçinin qeyd edilib ki, görüş iştirakçıları təhlükəsizlik təminatlarının “NATO və onun imkanlarından ayrılmaması” mövzusunda razılaşıblar.

Makronun təşəbbüsü ilə Ukraynada gələcək sülhün təminatına hazır olan ölkələrin hərbi idarə rəhbərlərinin görüşü keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax