Operativ Məlumat Mərkəzi

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 və daha çox bal toplayıb

2 dəq
Paylaş:
Magistraturaya qəbul imtahanında 32 nəfər 90 və daha çox bal toplayıb

Bu il müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 16-da və mayın 11-də keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanda təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın ( 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.

Bu il 90 və daha bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax