Operativ Məlumat Mərkəzi

Madaqaskarda stadionda izdiham zamanı 12 nəfər ölüb, 80 yaralı var

1 dəq
Paylaş:
Madaqaskarda stadionda izdiham zamanı 12 nəfər ölüb, 80 yaralı var
hadisə nəticəsində 12 nəfər ölüb. Paytaxt Antananarivoda keçirilən “Hind Okeanı Adaları Oyunları”nın açılış mərasimi zamanı Barea stadionuna girməyə...

Madaqaskarda “Hind Adaları Oyunları”nın mərasimində baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Antananarivoda keçirilən “Hind Okeanı Adaları Oyunları”nın açılış mərasimi zamanı Barea stadionuna girməyə izdihamda 80 nəfər yaralanıb.

Bildirilib ki, tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda stadiona daxil olmağa çalışıb.

1977-ci ildən, keçirilən tədbir hər 4 ildən bir baş tutur.

“Hind Okeanı Adaları Oyunları”da Mavrikiy, Şeyşel, Komor Adaları İttifaqı, Mayotta, Reunion və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax