Operativ Məlumat Mərkəzi

Macarıstanın baş naziri isveçli həmkarını ölkəsinə dəvət edib

1 dəq
Paylaş:
Macarıstanın baş naziri isveçli həmkarını ölkəsinə dəvət edib

Macarıstanın Viktor Orban Ulf Kristersona İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün dəvət məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Orban bu barədə hesabında paylaşım edib.

Belə ki, İsveçin NATO-ya üzvlüyünün 2023-cü ilin payızında parlamentində müzakirə olunacağı gözlənilirdi, lakin bəzi isveçli deputatların Budapeşt administrasiyası ilə bağlı açıqlamaları tərəflər arasında gərginliyə səbəb olduğundan proses uzanıb.

Xatırladaq ki, İsveçin NATO-nun 32-ci üzvü olması üçün Böyük Millət Məclisi və Macarıstan Parlamentində təsdiq prosesləri tamamlanmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax