Operativ Məlumat Mərkəzi

Los-Ancelesdə yeni yanğınla əlaqədar təxliyə başlayıb

2 dəq
Paylaş:
Los-Ancelesdə yeni yanğınla əlaqədar təxliyə başlayıb

Los- dairəsində "" meşə yanğını ilə əlaqədar təxminən 31 min nəfər təxliyə bildirişləri alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “CBS News” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Los-Anceles dairəsinin Robert Luna bildirib ki, dairənin 31 min sakini məcburi təxliyə bildirişləri alıb, daha 23 min nəfərə isə mümkün təxliyə barədə xəbərdarlıq edilib", - telekanal qeyd edib.

Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti bildirib ki, yanğının sahəsi 9,2 min akra (37 kv km) qədər artıb.

Daha əvvəl departament "Hughes" yanğınının dairənin 20 kv km-dən çox ərazisini etdiyini bildirmişdi.

Xatırladaq ki, Los-Anceles dairəsində yanvarın 7-də başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğınlar kimi qəbul edilib. Yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Ən azı 25 nəfər həlak olub. Meteoroloqlar quru və küləkli havanın yanğının sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax