Operativ Məlumat Mərkəzi

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

2 dəq
Paylaş:
Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri və bölgələrdə bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla nəticələrini öyrənə bilərlər.

Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək [email protected] elektron vasitəsilə qəbul edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax