Operativ Məlumat Mərkəzi

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə çaxıb, arabir xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, , Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax