Operativ Məlumat Mərkəzi

Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb

1 dəq
Paylaş:
Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb

Lerik rayon sakini məhkum 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah- saxlaması barədə polisə məlumat daxil olub.

DİN-in Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax