Əsas məzmuna keç

Lerik sakinində silah-sursat və narkotik aşkarlanıb

Lerik sakinində silah-sursat və narkotik aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah...

Lerik Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, məhkum olunmuş Nicat saxlanılıb.

DİN-in Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…