Əsas məzmuna keç

Lənkəranda direktorun şagirdi döyməsi ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Lənkəranda direktorun şagirdi döyməsi ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə...

Martın 14-də rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq DİN-in Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.

Həmin tarixdə DİN-in "102" zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.

Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…