Operativ Məlumat Mərkəzi

İlham Əliyev Latviya Prezidenti ilə görüşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev Latviya Prezidenti ilə görüşüb - YENİLƏNİB

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

12:52***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayəb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub..

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax