Operativ Məlumat Mərkəzi

Laçında sel yaşayış sahələrinə ziyan vurub - BİRGƏ MƏLUMAT

2 dəq
Paylaş:
Laçında sel yaşayış sahələrinə ziyan vurub - BİRGƏ MƏLUMAT

Laçın rayonunda sel fəlakəti ilə bağlı Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birgə məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumata əsasən, bir neçə gündür, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda baş ərazidədirlər.

"Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax