Operativ Məlumat Mərkəzi

“Laçında infrastruktur ən yüksək standartlara uyğun bərpa olunub”

2 dəq
Paylaş:
“Laçında infrastruktur ən yüksək standartlara uyğun bərpa olunub”

“Laçında infrastruktur və binaları ən yüksək standartlara uyğun bərpa olunub”.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı Kayrat Osmonaliyev bildirib.

“Laçına getmək və hər şeyi gözlərimlə görmək fürsətinə görə minnətdaram. Bilirik ki, Laçın uzun illər ərzində işğal altında olub və bu gün burada dinc həyatın olmasını göstərən dəyişiklikləri görmək çox sevindiricidir”, - o vurğulayıb.

Diplomat qeyd edib ki, prezidentlərinin qarşılıqlı səfərləri zamanı Qırğızıstanın infrastruktur layihələrinin həyata keçirilməsində iştirakda maraqlı olduğu dəfələrlə ifadə olunub.

Onun sözlərinə görə, ölkəsi şirkətlərinin bu prosesdə iştirakında maraqlıdır.

Qırğızıstan səfiri Zəngəzur dəhlizinin xüsusi logistik imkanlara malik olduğunu qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax