Operativ Məlumat Mərkəzi

"Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşılır"

2 dəq
Paylaş:
"Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşılır"

Cənab Prezident tərəfindən Münxen Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət- məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və tərəfindən son 2 ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır”, - nazir müavini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax