Operativ Məlumat Mərkəzi

Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib

2 dəq
Paylaş:
Laçın aeroportunda torpaq qazma işlərinin 37 %-i icra edilib

Laçın Hava Limanında uçuş-enmə zolağının və sükan yolunun, perronun, terminal və köməkçi binalarının tikintisi üçün layihəyə uyğun işləri aparılır və bu işlərin 37 %-i edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin , rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Bərdə-Ağdam dəmiryol xəttinin də bir hissəsi hazırdır: "Ümumi uzunluğu 47 km olan yolda işlərin 66 %-i icra edilib".

"İşğaldan azad edilmiş ərazilərdə 18 avtomobil yolu da çəkilir. Onların ümumi uzunluğu 2 200 km-dir. Həmin yolların bir qisminin bu il istismara verilməsi nəzərdə tutulur", - deyə nazir müavini əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax