Operativ Məlumat Mərkəzi

KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

1 dəq
Paylaş:
KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır

Koreya Xalq Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın agentliyi məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.

Koreya Respublikasının hərbçiləri KXDR-i GPS siqnalının bloklamağı dərhal dayandırmağa , hər hansı nəticələrə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. KXDR tərəfinin bu bəyanatlarına hələlik münasibət bildirməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax