Operativ Məlumat Mərkəzi

Cənubi Koreya Şimali Koreyaya cavab olaraq 400-ə yaxın mərmi atıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Cənubi Koreya Şimali Koreyaya cavab olaraq 400-ə yaxın mərmi atıb - YENİLƏNİB

hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın atıblar ki, bu da Şimali Koreyanın demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb.

Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi demarkasiya xəttinin cənubundakı sularda hədəfləri vurub.

Qəzet onu da yazıb ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yonphyondo adasında təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib

***

Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın “mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib.

Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax