Əsas məzmuna keç

Kürdəmirdə 5 ət kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb

Kürdəmirdə 5 ət kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb

Kürdəmirdə 5 ət məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin regional qrupundan məlumat verilib.

vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və məntəqələrində monitorinq keçirilib.

Keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib.

Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…