Operativ Məlumat Mərkəzi

Kür çayına balıq kürüləri buraxılıb

2 dəq
Paylaş:
Kür çayına balıq kürüləri buraxılıb

Kür çayına növbəti dəfə balıq körpələri buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, Ekologiya və , Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Neftçala rayonunda "Xıllı balıq" MMC-də yetişdirilən 600 000 ədəd nərəcinsli balıq körpəsi, o cümlədən adı Respublikasının “Qırmızı Kitabı"na daxil edilən 10 000 ədəd kələmo balığı Kür çayına buraxılıb.

Xidmət rəsmisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax