Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraiti fevralın 10-dək davam edəcək - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Küləkli hava şəraiti fevralın 10-dək davam edəcək - FAKTİKİ HAVA

Saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və şəraiti fevralın 10-dək davam edəcək.

Belə ki, Kəlbəcər, Laçın, , Gədəbəy, Tovuz, Şəki (Kişçay), Oğuz, Qəbələ, Zaqatalada (Əlibəy) arabir qar, Tərtər, Gəncə, Şəmkir, , Astarada isə yağış yağır. Bakıda və yarımadasının bəzi yerlərində də zəif qar müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Zaqatala, Şəki, Şamaxı, Lerik, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax