Operativ Məlumat Mərkəzi

Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib

2 dəq
Paylaş:
Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib

naziri Dmitro Kuleba Qərb ölkələrini Rusiyaya silahların komponentlərinin verilməsində edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba “X”də yazıb.

O bildirib ki, Ukraynada Rusiya silahlarının kritik komponentlərin 95%-ə qədəri Qərb ölkələrindən gəlir.

Nazir qeyd edib ki, Qərb Rusiyanın silah istehsal etmək qabiliyyətinin aşağı salınması məsələsinə ciddi yanaşmalıdır: “Bunlar daha çox özəl firmalardır. Qərbdə bu məsələni həll edə biləcək ixtisaslaşmış qurumlar var. Məsuliyyətin ən böyük payı şirkətlərin özlərinin üzərinə düşür”.

Nazir qeyd edib ki, bu ehtiyat hissələrinin Rusiyaya tədarükünün dayandırılması özəl və dövlət sektorunun genişmiqyaslı, birgə səylərini tələb edir: “Bu, Ukraynada bir çox mülki vətəndaşın həyatını xilas edəcək və Rusiyanın döyüş maşınını sıradan çıxaracaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax