Operativ Məlumat Mərkəzi

Kreml: Rusiya regiondakı eskalasiyadan narahatdır

2 dəq
Paylaş:
Kreml: Rusiya regiondakı eskalasiyadan narahatdır

Kreml regiondakı eskalasiyadan narahatdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ İrəvan və Bakını güc metodlarından əl çəkməyə inandırmaqdır.

Silahlı Qüvvələri regionda mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir. Rusiya hərbçiləri və Azərbaycan tərəfləri ilə təmasdadır və ən yüksək səviyyədə təmaslar mümkündür”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Qarabağda Rusiya kontingentinin sayının artırılması mümkünlüyü haqqında suala da cavab verib. Bildirib ki, bu cür qərarlar hərbçilər tərəfindən formalaşdırılır və bu, bütün tərəflərlə razılaşdırılır.

Kreml rəsmisi problemin siyasi və diplomatik həllinə nail olmaq imkanının mövcud olduğunu da söyləyib: “Kreml İrəvan və Bakını imzalanmış üçtərəfli sənədlərə əməl etməyə çağırır”, deyə Peskov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax