Operativ Məlumat Mərkəzi

Kolumbiya Prezidenti İsrail diplomatik heyətini ölkədən çıxardı

1 dəq
Paylaş:
Kolumbiya Prezidenti İsrail diplomatik heyətini ölkədən çıxardı

Prezidenti Petro İsrail qüvvələrinin Qəzzaya yola çıxan donanmanı sularda ələ keçirməsindən sonra ölkədəki İsrail heyətini ölkədən çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilb ki, Petro baş verənləri beynəlxalq cinayət kimi qiymətləndirib.

O həmçinin iki kolumbiyalı qadının beynəlxalq sularda həbs olunmasını pisləyib.

Qeyd edək ki, Kolumbiya İsraillə diplomatik əlaqələrini 2024-cü ildə kəsmişdi. Lakin AFP-yə danışan bir mənbəyə görə, ölkədə hələ də diplomatik statusa malik dörd israilli var idi.

Bu şəxslərin ölkədən çıxarılması ilə Kolumbiya-İsrail münasibətlərində gərginlik yeni mərhələyə keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax