Operativ Məlumat Mərkəzi

Klinikadan oğurluq edən şəxs saxlanılıb - FOTO

2 dəq
Paylaş:
Klinikadan oğurluq edən şəxs saxlanılıb - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən -axtarış tədbirləri nəticəsində rayon ərazisində klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ilkin dindirmə zamanı şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8 750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində açılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax