Operativ Məlumat Mərkəzi

KİV: PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq

2 dəq
Paylaş:
KİV: PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq

PKK təşkilatının 50 yaraqlıdan ibarət ilk qrupu 10 gün ərzində İraqın şimalındakı Dəhuk şəhərində silahlarını verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Türkiyənin "" qəzetinə istinadən verdiyi məlumata görə, əvvəllər özünü buraxdığını elan edən təşkilatın olunması prosesi sentyabra qədər başa çata bilər.

Bildirilir ki, döyüşçülərin silahlarını təhvil verməsi , İraq mərkəzi hakimiyyəti və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək. "Hürriyet" vurğulayır ki, sözügedən proses digər ölkələrin və BMT-nin nümayəndələrinin iştirakı olmadan baş tutacaq: "Bütün terror düşərgələri daha sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək".

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərin PKK-nın tamamilə tərksilahının müddəti ilə bağlı suallarını cavablandırarkən bunun yaxın vaxtlarda baş verə biləcəyini bildirib: "Mən konkret müddət demək istəmirəm... Biz bunun yaxın günlərdə baş verə biləcəyi mərhələyə çatmışıq. Bu, Türkiyəni terrordan xilas etmək baxımından son dərəcə vacibdir".

Xatırladaq ki, 5-7 may tarixlərində keçirilən PKK-nın 12-ci qurultayında terror təşkilatı özünü buraxması barədə qərar qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax