Operativ Məlumat Mərkəzi

Kişini intim görüntüləri ilə hədələyən 3 şəxs saxlanıldı

2 dəq
Paylaş:
Kişini intim görüntüləri ilə hədələyən 3 şəxs saxlanıldı

və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi- OMM" DİN-ə istinadən xəbər verir ki, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə başlanılıb. Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax