Əsas məzmuna keç

Kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - Qanlı hadisənin TƏFƏRRÜATI

Kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - Qanlı hadisənin TƏFƏRRÜATI

hadisə rayonun Binə qəsəbəsi, Nadir şah Əfşar küçəsində yerləşən dəmir alqı-satqısı obyektində qeydə alınıb. 1980-ci il təvəllüdlü Şahpur Cəfərov...

Bakının Xəzər rayonunda 44 kişi bıçaqlanmasının bəzi detalları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsi, Nadir şah Əfşar küçəsində dəmir alqı-satqısı obyektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Şahpur kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami isə saxlanılıb.

Məsələ ilə bağlı Şahpur Cəfərov və Nizami Əliyevin ailələri bildiriblər ki, Ş.Cəfərov və N.Əliyevin yoldaşları Binə qəsəbəsində yerləşən poliknikaların birində çalışırlar.

Ailəni tanıyanlar iddia edirlər ki, Ş.Cəfərov həyat yoldaşı Sevinc Cəfərovanın telefonundan N.Əliyevin həyat yoldaşı Arzu Əliyevanın telefon nömrəsini götürərək bəzi mesajlar göndərib.

Buna görə də, N.Əliyev də sözügedən şəxsin işlədiyi obyektə gedərək onu bıçaqlayıb.

Bıçaqlanan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…