Əsas məzmuna keç

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Qeyd olunub ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…