Əsas məzmuna keç

Keçən il 14 min hektardan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

Keçən il 14 min hektardan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub. Məruzədə bildirilib ki, ötən il...

Keçən il Azərbaycanda 14 min ha-dan çox sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata orqanın illik məruzəsində qeyd olunub.

Məruzədə bildirilib ki, ötən il Azərbaycanda 14 091 ha torpaq sahəsinin icarəyə, 193 ha torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz ləğv edilib, bütövlükdə 14 284 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

Qeyd olunub ki, 323 ha torpaq sahəsi ilə bağlı isə məhkəmələrin icraatındadır: “Ümumi istifadə üçün nəzərdə örüş sahələrinin qanunsuz icarəyə və ya mülkiyyətə ayılması, zəbt olunması vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olur. Bu pozuntuların aradan qaldırılması, ümumi istifadədə olan örüş torpaqlarının qanunvericiliyin tələblərinə uyğun istifadəsinin təmini məqsədilə görülmüş tədbirlər nəticəsində nazirliyin təklifləri əsasında qanunsuz ayrılmış 8 405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…