Operativ Məlumat Mərkəzi

Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Kanadanın -Qubernatoru Meri Saymon İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.

Kanada ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz Azərbaycanla əlaqələri möhkəmləndirməkdən məmnundur. Bizim tərəfdaşlığımız ortaq dəyərlərə, o cümlədən Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası əlaqələrə əsaslanır.

Müsbət ikitərəfli əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərin həlli istiqamətində birgə səylərimizlə daha da möhkəmlənir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.

Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax