Operativ Məlumat Mərkəzi

Kanadada meşə yanğınları davam edir - 09.06.2023

2 dəq
Paylaş:
Kanadada meşə yanğınları davam edir - 09.06.2023

Kanadada irimiqyaslı meşə yanğınları edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən Castin Trüdo, 414 yanğından 239-nun nəzarətdən çıxdığını açıqlayıb.

Vəziyyətlə əlaqədar 20 min insan yaşayır yerini tərk etmək məcburiyyətində qalıb.

Şimali Amerikada isə on milyonlarla insana tüstü ilə bağlı potensial təhlükə barədə edilib.

Təkcə Kvebek əyalətində 150-dən çox aktiv yanğın ocağı qeydə alınıb.

Sözügedən əyalətlə yanaşı, Britaniya Kolumbiyası, Alberta, Ontario, Yeni Şotlandiya əyalətlərində və ölkənin -qərb hissəsində təxminən 3.3 milyon hektar yanıb.

ABŞ-nin Nyu-York, Vaşinqton və digər şəhərlərinin səması tüstü səbəbindən solğun narıncı rəngə boyanıb.

Əhaliyə ehtiyac olmadıqda küçəyə çıxmamaq tövsiyə olunub.

Birləşmiş yanğınla mübarizə məqsədilə şimal qonşusuna 600-dən çox yanğınsöndürən göndərib.

Qeyd edək ki, meşə yanğınları ilin bu dövrü üçün Kanadada adi hal sayılır.

Lakin, ekspertlər bu ilki yanğınların Kanadada indiyədək qeydə alınan ən dəhşətli meşə yanğınları ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax